Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 10:34
Bir gün əvvəl Kabili tərk edən Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qəni Qazaxıstanda deyil.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov məlumat verib.
Qeyd edək ki, dünən Əşrəf Qəninin istefa verdikdən sonra Tacikistana və yaxud da Özbəkistana uçduğu ilə bağlı məlumatlar yayılmışdı. Lakin həm rəsmi Düşənbə, həm də rəsmi Daşkənd məlumatları təkzib etmişdilər.