Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2021 14:58
Türkiyədə baş verən güclü meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin ilk qrupu Bakıya qayıdıb.
Sonxeber.net bildirir ki, Türkiyədən qayıdan heyət Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyəyə yanğınla mübarizədə dəstək üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 743 şəxsi heyəti, 97 texnikası, 1 helikopteri və 1 ədəd amfibiya təyyarəsi göndərilib.
Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayan gündən, FHN-ə məxsus amfibiya təyyarəsi 98, helikopter isə 204 dəfə havaya qalxaraq yanğın ocaqlarına ümumilikdə 1404 ton su boşaldıb.