Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 07:21
Vanil tropik ölkələrdə bitən ağacdır. Onun fermentləmə üsulu ilə qurudulmuş meyvələrindən əsrlər boyu ətir və dadlandırıcı kimi istifadə edilib.
Vanilə olan təlabatı təbii yollarla alınmış vanil ödəyə bilmədiyinə görə, şirniyyatların istehsalında süni yollarla alınmış vanildən istifadə edilir.
Əslində vanil ağacının qəhvəyi rəngdə olan çubuqlarının dadlandırıcı kimi istifadə edirlər. Hətta bu çubuqları bir-neçə dəfə istifadə etdikdə belə onlar öz dadını itirmir və təkrar istifadəyə yarayır.
Təbii qidalara üstünlük verən bəzi restoranlar hələ də, təbii vanil çubuqlarından istifadə edir. Təbii vanilin orqanizmə bir çox faydaları var.
* Vanil mədə və sinir sisteminin xəstəliklərində çox faydalıdır.
* Vanil cinsi həvəsi artırmaq qabiliyyətinə malikdir.
* Vanil qida və parfümeriya sahəsində misilsiz bir vasitədir.
* Vanildən ən çox dondurma sənayesində istifadə olunur.
* Təbii vanili suya qatıb içdikdə, mədədəki gərginlik aradan qalxır.
* Vanil qoxulamaq stresi aradan qaldırır.