Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 07:33
Onurğa beyinin əzilməsi aşağıdakı hallarda baş verir:
- onurğanın qəlpələrinin yerdəyişməsi və sınıqları
- fəqərəarası diskin yırtığı
- onurğanın yad cisim tərəfindən sıxışdırılması
- fəqərə diskinin çıxığı
Onurğa beyinin əzilməsinin kliniki mənzərəsi onun anatomik aralanmasından dərhal sonra,ya da zədələyici törəmənin patoloji hərəkətliliyi olan zaman baş verir.Bu əsasən onurğanın hərəkəti zamanı olur.
Onurğanın boyun şöbəsinin travması avtomobil qəzalarında,suya baş vurduqda və hündürlükdən tullanan zaman baş verir.Onurğa beyinin bu travmasının mexanizmi boyunun anatomik funksional imkanlarından artıq olan kəskin hiperekstenziyası ilə izah edilir.Bu zaman onurğa kanalının kəskin daralması baş verir ki,bu da işemiyaya və ya onurğa beyinin əzilməsinə səbəb olur.
Onurğa beyinin əzilməsinin müxtəlif ağırlıq dərəcəli simptomları vardır.
- kök funksiyasının pozulmaları
- onurğa beyinin funksiyalarının pozulmaları
- onurğa beyinin tam,köndələn zədələnməsi
- ön spinal arteriya sindromu
Diaqnozun qoyuluşu zamanı xüsusi və standart qaydalardan istifadə yolu ilə rentgenoloji müayinənin nəticələri əsas götürülür.Kompyuter Tomoqrafiyasının,MRT-nin nəticələri diaqnozu tam təsdiq edir.Müayinə zamanı onurğa beyin maddəsi də analiz edilir.
Travmanın vaxtında təyin edilməsi və müalicə tədbirləri aşağıdakı ağırlaşmaların baş verməsinin qarşısını alır:
- ümümi şok
- spinal şok
- bulbar pozulmalar
- vegetativ mərkəzlərin zədələnməsi
Travmanın müalicəsinin gecikməsi pnevmoniyanın,sistitin,pielonefritin,bağırsaqların iflic keçməməzliyinin əmələ gəlməsinə səbəb olur.