Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Taliban''ın Əfqanıstanda güclənməsi təhlükəlidirmi? - VİDEO

''Taliban''ın Əfqanıstanda güclənməsi təhlükəlidirmi? - VİDEO

Tarix: 17 Avqust 2021 15:30

"Taliban"ın Əfqanıstanda güclənməsi digər radikal qrupların orada formalaşması üçün imkan yaradır. Bu isə regiondakı qonşu ölkələr üçün təhdidlər formalaşdıra bilər. Yəni bu gün Əfqanıstandakı hadisələr təkcə bu ölkənin daxilində baş verən dəyişiklik kimi xarakterizə edilə bilməz.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bu fikirləri politoloq Sultan Zahidov deyib.

Onun sözlərinə görə, bu hadisələr 1996-cı ildə baş verənləri xatırladır. O zaman da Əfqanıstanın daxilində vətəndaş müharibəsi var idi və  "Taliban" qalib gələrək 2001-ci ilə kimi hakimiyyəti əlində saxlamışdı. Həmin vaxt "Taliban" terroru qonşu ölkələrə də yaymağa başlamış, hətta ABŞ-a qarşı da təhdidə çevrilmişdi. Eyni zamanda, "Əl-Qaidə"yə öz daxilində sığınacaq vermişdi. 

Sultan Zahidov eyni ssenarinin indi də yaşanmayacağını istisna etmir.

Politoloq qeyd edib ki, "Taliban"ın gələcəkdə hansı addımları atacağını qəti demək mümkün deyil: "Əvvəlki təcrübədən görürük ki, bu kimi əmirliklər, xilafətlər daima öz ideologiyalarını qonşu ölkələrə yaymaga cəhd ediblər. Hazırda "Taliban" sadəcə İran üçün deyil, Orta Asiya üçün də böyük bir təhdid ola bilər".

Əfqanıstanda baş verənlərin Azərbaycana təsirinə gəldikdə isə, iki ölkə arasında 2018-ci ildə "Lapis Lazuli" nəqliyyat dəhlizini yaratmaqla bağlı saziş imzalanıb.

Sultan Zahidov ehtimal edir ki, "Taliban"ın hakimiyyətə gəlməsi ilə bu layihənin gerçəkləşməsində maneələr olsun: "Amma "Taliban" indiki halda kifayət qədər iqtisadi dividentlər əldə etmək istəyirsə, bu kimi layihələrə müsbət yanaşmalıdır".

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Talibanın Əfqanıstanda güclənməsi təhlükəlidirmi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ