Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2025 20:34
SSRİ-nin dağılmasından bəri andlı düşmən olan iki keçmiş sovet respublikası - Azərbaycan və Ermənistan gözlənilmədən barışmaq ərəfəsindədir.
Sonxeber.net xəbər verir ki, bu barədə "The Washington Diplomat" yazıb.
ABŞ nəşri bildirib ki, iki ölkə uzun sürən müharibədən sonra qan tökülməsinə birdəfəlik son qoymaq qərarına gəlib:
"Həm Ermənistan, həm də Azərbaycan daha işıqlı gələcək naminə keçmiş faciələrinə göz yummağa hazır görünür".
Mənbə avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşə də diqqət çəkib.
Məqalədə qeyd edilib ki, həmin gün Ağ Evdə əldə edilmiş razılaşmanın mərkəzində əvvəllər Zəngəzur dəhlizi kimi tanınan "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) dayanır:
"Bu ticarət dəhlizi Azərbaycanı öz eksklavı, Ermənistan ərazisinin bir hissəsi ilə ayrılmış Naxçıvanla birləşdirmək məqsədi daşıyır. Burada ABŞ şirkətləri tərəfindən dəmir yolu və kommunikasiya xətləri, eləcə də neft-qaz kəmərləri də çəkiləcək".
Nəşrin fikrincə, bu dəhliz dəhliz təkcə Azərbaycanı öz eksklavı ilə deyil, bütün Asiyanı Avropa ilə birləşdirəcək:
"Forbes"ə görə, TRIPP Mərkəzi Asiyadan Qafqaza, Türkiyə və onun hüdudlarından kənara bir yol açacaq, köhnə İpək Yolunu effektiv şəkildə canlandıracaq, yəni həm Rusiyadan, həm də İrandan yan keçəcək".
"The Washington Diplomat"ın iddiasına görə, 200 ildən artıqdır regionda mövcudluğunu qoruyan Rusiya burada ən böyük uduzan tərəfdir. Nəşr yazıb ki, artıq Cənubi Qafqazda taqətdən düşmüş Rusiya Mərkəzi Asiyada da itirən tərəf olacaq. (Teleqraf)