Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2021 16:06
"Azəriqaz" İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutularının quraşdırılmasına başlayıb.
Qurumdan Sonxeber.net-a verilən məlumata əsasən, qutular həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğaclara tətbiq olunacaq.
Yeni qutular zərbəyə, günəş şüalarına və ətraf mühitin təsirlərinə davamlı olacaq. Qutu yerinə kip şəkildə bərkidiləcək, aşağı və yuxarı hissədən möhürlənəcək.
Bu halda nə qaz paylayıcının, nə də istehlakçının qaz sayğacına hər hansısa bir təması olacaq. Eyni zamanda qaz sayğacının işlək və saz vəziyyətdə saxlanılması təmin olunacaq. Abonent əvvəlcədən ödənişli sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya biləcək. Sonradan ödənişli sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkün olacaq.