Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda lombard sahibi 8 ildir ki, vətəndaşın qızıllarını qaytarmır - VİDEO

Sumqayıtda lombard sahibi 8 ildir ki, vətəndaşın qızıllarını qaytarmır - VİDEO

Tarix: 17 Avqust 2021 16:50

Sumqayıt sakini İlham İmanov lombarda qoyduğu qızıllarını 8 ildir ki, geri ala bilmir. O iddia edir ki, aldığı pulu vaxtında ödəyib, amma qızıllarını Sumqayıt şəhərindəki lombarddan hələ də əldə edə bilməyib.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, İlham İmanov 2013-cü ildə özünə müəyyən məbləğdə vəsait lazım olduğu üçün "Lombard" MMC-nin direktoru Xəyal Abdullayevə müqavilə əsasında qızıl verərək pul götürüb. Elə həmin il də borcunu ödəyərək qızılını geri almaq istəyəndə isə problemlə qarşılaşıb. Vətəndaş indiyə qədər hələ də get -gəldə qalıb.

Biz də məsələnin nə yerdə olduğunu öyrənmək üçün şikayətçi ilə birgə sözügedən ünvana yollandıq. Lombard sahibi Xəyal Abdullayev qızılların qaytarılmamasına səbəb kimi onların əməkdaşlıq etdiyi bankda problemin çıxmasını göstərdi. O, qızıl-zinət əşyalarının yaxın vaxtlarda qaytarılacağına söz verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 


Etiketlər:  Sumqayıtda lombard sahibi ildir vətəndaşın qızıllarını qaytarmır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ