Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 07:48
Avropa Liqasında pley-off mərhələsinə start verilib. Sonxeber.net matc.az-a istinadən bildirir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Serbiyanın "Srvena Zvezda" komandası doğma meydanda Rumıniyanın "ÇFR Kluj" kollektivini qəbul edib. Meydan sahibləri bu oyunda 4 cavabsız qola seviniblər.
Pley-off mərhələsinin digər oyunları 18 və 19 avqustda keçiriləcək. 3-cü mərhələdə "Neftçi"ni mübarizədən kənarlaşdıran Finlandiyanın HJK komandası bu mərhələdə "Fənərbaxça" ilə qarşılaşacaq. Türkiyənin digər təmsilçilərindən "Qalatasaray"ın rəqibi isə Danimarka "Randers"i olacaq.
Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" pley-offda Çexiyanın "Slaviya" komandası ilə üz-üzə gələcək.
Avropa Liqası
Pley-offun ilk oyunları
17 avqust
Srvena Zvezda (Serbiya) - ÇFR Kluj (Rumıniya) 4:0
18 avqust
22:45. Seltik (Şotlandiya) - Alkmaar (Niderland)
19 avqust
21:00. Slaviya (Praqa, Çexiya) - Legiya (Polşa)
21:00. Omoniya (Kipr) - Antverpen (Belçika)
21:00. Randers (Danimarka) - Qalatasaray (Türkiyə)
22:00. Mura (Sloveniya) - Şturm (Avstriya)
22:45. Fənərbağça (Türkiyə) - HJK (Finlandiya)
23:00. Olimpiakos (Yunanıstan) - Slovan (Slovakiya)
23:00. Rapid (Avstriya) - Zarya (Ukrayna)