Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2021 11:18
COVID-19-dan sağalan xəstələrdə ağciyər xərçəngi riski var.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov xəbərdarlıq edib.
O, koronavirus infeksiyasına yoluxanların əksəriyyətində (90 faizində) kəskin tənəffüs yolu xəstəliyinin simptomlarına sahib olduğunu söylədi.
"Ağciyərlər təsirlənmir və heç bir fibrozdan (ağciyərlərdə yara izlərinin əmələ gəlməsi) söhbət gedə bilməz", - deyə Myasnikov bildirib.
Bununla belə, həkimin sözlərinə görə, qalan insanlarda xəstəlik ağır keçir ki, bu da riskləri artırır. O, bildirib ki, nadir hallarda da olsa koronavirus keçirənlərin ağciyərlərində bəzən çapıq toxumasının əmələ gəlməsi prosesi müşahidə olunur.
"Ağciyər fibrozu ağciyər xərçəngi riskini 8-14 dəfə artırır", - deyə mütəxəssis vurğulayıb