Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son həftə ərzində dünyada 4,4 milyondan çox insan koronavirusa yoluxub

Son həftə ərzində dünyada 4,4 milyondan çox insan koronavirusa yoluxub

Tarix: 18 Avqust 2021 15:50

Ötən həftə ərzində dünyada 4,4 milyondan çox insan COVID-19 virusuna yoluxub, 66 min nəfərdən çox insan dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat açıqlayıb.

Son 7 gün ərzində qeydə alınmış yoluxma səviyyəsi əvvəlki həftə ilə müqayisədə 2 % çoxdur, ölüm səviyyəsi isə demək olar ki, eyni səviyyədə qalıb.

Pandemiya baş qaldırandan indiyədək 206 714 291 nəfər koronavirusa yoluxub. Onlardan 4 353 434 nəfəri dünyasını dəyişib.

Məlumata görə, son həftə ərzində yoluxma hallarının sayına görə ilk 3-lüyü ABŞ (883 996), İran (269 975) və Hindistan (258 121) tutur.

Milli.Az


Etiketlər:  Son həftə ərzində dünyada 44 milyondan çox insan koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ