Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2021 12:34
Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr edilib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, jurnalın bu nömrəsində 2021/2022-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib.
Beləliklə, avqustun 20-dən 30-dək bütün ixtisas qrupları üzrə elektron qaydada ixtisas seçimi etmək mümkün olacaq.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, 2-ci ixtisas qrupu üzrə bu il plan yerləri 13 min 642-dir. Ötən il bu say 13 min 800 olub. 2-ci qrup üzrə dövlət sifarişli yerlərin sayı 119 yer artaraq 4 min 234 olub. Həmçinin 3-cü ixtisas qrupu üzrə də plan yeri artıb. Bu il yerlərin sayı 12 min 853 olub ki, ötən il bu rəqəm 12 min 286 idi. Ötən illə müqayisədə 3-cü ixtisas qrupu üzrə dövlət sifarişli 97 yer artıb.
Subbakalavrlar da bakalavrlarla birlikdə ixtisas seçimini həyata keçirəcəklər. Müsabiqə şərtlərinə görə, imtahanın hər iki mərhələsində ixtisas qrupları üzrə minimal bal 200 və daha yuxarı olmalıdır.
2-ci ixtisas qrupunda 5, 3-cü ixtisas qrupunda 2, 4-cü ixtisas qrupunda isə beş belə ixtisas var.
Xanlar Xanlarzadə onu da qeyd edib ki, bəzən abituriyentlər sistemdə "yadda saxla"nı sıxdıqdan sonra "təsdiq et"i qeyd etmirlər, bu zaman onların seçimləri sistemdə görünmür.
O, balların enmə ehtimalının olub-olmaması məsələsinə də aydınlıq gətirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: