Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tarix yazan qəhrəman - VİDEO

Tarix yazan qəhrəman - VİDEO

Tarix: 19 Avqust 2021 13:30

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı könüllü olaraq döyüşlərə atılan qəhrəmanlarımızdan biri olan Saleh Əliyevin doğum günü idi. Dünən şəhidimizin 29 yaşı oldu.

Milli.Az Real TV-ə istinadən bildirir ki, ürəyi vətənlə, torpaqla döyünən Salehin evdəkilərdən xəbərsiz könüllü olaraq döyüşlərə atılması təsadüfi deyildi. Uşaqlıqdan döyüş filmlərinə baxırdı, hərbçi olmaq istəyirdi. Amma ailəsinin təkidi ilə başqa ixtisası seçməli olmuşdur. İllər keçsə də, görünür hərbiyə olan sevgisi seçdiyi peşəsini üstələdi. General Polad Həşimovun şəhid olması Salehin içindəki arzuları daha da alovlandırdı. Hərbçi ola bilməsə də, əsgər oldu, bu vətənin, bu torpağın əsgəri.

Övladları ilə qürur duyan valideynləri bildirdilər ki, Polad Həşimov Salehə nümunə olduğu kimi, Salehin də başqalarına nümunə olacağına əminik. Çünki bizim böyük təsəllimiz var - onların sayəsində 30 il əsirlikdə qalan Qarabağ işğaldan azad olundu.

Əslən Füzulidən olan şəhidimiz görmədiyi nənə-baba yurdu barədə valideynlərinə tez-tez suallar verirdi, maraqlanırdı. Hətta yarızarafat "özüm sizi oraya aparacam" deyirdi. Bəlkə də torpağa bağlılıqdan idi, Salehin Cəbrayılda başlayan döyüş yolu Füzulidə sona çatdı. Çox qısa olsa da şərəfli oldu. Amm Füzulinin işğaldan azad edilməsinin müjdəsini doğmalarına o, verə bilmədi. Öz xəbəri daha tez çatdı ailəsinə.

Bu gün həm də şəhidimizin yaşadığı Zabrat qəsəbəsində onun adına inşa olunan bulağın açılışı oldu.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə Saleh Əlyev ölümündən sonra Vətən uğrunda və Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az


Etiketlər:  Tarix yazan qəhrəman VİDEO


RƏYLƏR