Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden ABŞ kəşfiyyatının Əfqanıstanla bağlı düzgün proqnoz vermədiyini açıqlayıb

Bayden ABŞ kəşfiyyatının Əfqanıstanla bağlı düzgün proqnoz vermədiyini açıqlayıb

Tarix: 19 Avqust 2021 17:44

"Qoşunların Əfqanıstandan çıxarılması qərarını verməzdən əvvəl Avropadakı NATO müttəfiqləri ilə müzakirələr apardım. Onlar da razılaşdılar ki, biz Əfqanıstandan çıxmalıyıq".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ dövlət başçısı Co Bayden ABC telekompaniyasına müsahibəsi zamanı bildirib.

ABŞ Prezidenti qoşunların Əfqanıstandan çıxarılmasının sadə bir seçim olduğunu və bunun daha təsirli bir şəkildə həyata keçirilə bilməyəcəyini qeyd edib: "Biz keçmişə dönüb baxacağıq, amma hansısa şəkildə xaosa səbəb olmadan Əfqanıstandan çıxmağın bir yolu barədə nəsə deyə bilmərəm, çünki bunun necə olduğunu bilmirəm".

O, "Taliban"ın Əfqanıstanı hansı müddətə nəzarətə götürəcəyinə dair kəşfiyyatın uğursuzluğu ilə bağlı sualı da cavablandırıb: "Düşünürəm ki, bu məsələdə konsensus yox idi. Geriyə dönüb kəşfiyyat hesabatlarına baxsanız görəcəksiniz ki, "Taliban"ın ölkəyə nəzarəti ilin sonuna proqnozlaşdırılırdı".


Etiketlər:  Bayden ABŞ kəşfiyyatının Əfqanıstanla bağlı düzgün proqnoz vermədiyini açıqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ