Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Virusdan qorumayan vaksini niyə vurdurum?" - Yıldız Tilbe

“Virusdan qorumayan vaksini niyə vurdurum?

Tarix: 20 Avqust 2021 10:00

Türkiyəli müğənni Yıldız Tilbe koronovirus vaksini ilə bağlı sosial şəbəkədə yazdığı paylaşımla gündəmə gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Türkiyədə 4-cü doza vaksinin tətbiq olunması haqda qərara etirazını bildirən sənətçi Tvitter səhifəsində bunları yazıb: 

"Virusdan qorumayan vaksini niyə vurdurum? Təsdiqlənməmiş, istehsalçıların belə "Bir şey olarsa, cavabdehlik daşımırıq" dediyi peyvəndi niyə qəbul edim? Dörd doza qorumursa, 44 peyvənd vurulacaq? Bu nədir?".
Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti müğənninin fikirləri ilə razı olduqlarını yazıblar.

Milli.Az


Etiketlər:  Virusdan qorumayan vaksini niyə vurdurum Yıldız Tilbe


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ