Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 11:02
Ermənistanın baş naziri Nikol Paşinyan ailəvi istirahətə yollanmağa hazırlaşır.
Sonxeber.net "Joxovurd"a istinadən bildirir ki, o, ailəvi istirahət məkanı qismində Rusiyanın Soçi şəhərini seçib.
Avqustun 26-da istirahətə yollanacaq N.Paşinyanın seçiminin niyə məhz Soçi olması sual doğurur. Yəqin ki, o, bu qərarı ilə Rusiyaya "xüsusi ilıq və sayğılı" münasibətininin olduğunu Kremlin nəzərinə çatdırmaq istəyir.
N.Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Gevorkyan olayla bağlı sualları cavablamayıb.
Avqustun 24-də N.Paşinyan Ermənistan parlamentində çıxış edərək hökumətin fəaliyyət proqramından danışmalıdır.