Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AHİK özünəməşğulluq proqramının icrasında yaxından iştirak edir - FOTO

AHİK özünəməşğulluq proqramının icrasında yaxından iştirak edir - FOTO

Tarix: 20 Avqust 2021 14:48

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ölkənin ən böyük ictimai təşkilatı olaraq sosial layihələrin icrasında yaxından iştirak edir, istər birinci Qarabağ müharibəsi, istər Vətən müharibəsi, istərsə də Aprel və Tovuz döyüşləri zamanı şəhid olmuş qəhrəman oğullarımızın ailələrinin, qazilərin, veteranların, həmçinin həssas əhali qrupuna aid edilən ailələrin sosial və digər problemlərinin həlli istiqamətində müvafiq addımlar atır.

Əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə аztəminаtlı аilələrin аktiv əməyə cəlb еdilməsinə, məşğulluğunun təmin оlunmаsınа хüsusi diqqət yеtirilir. Bu prosesin reallaşdırılması istiqamətində də AHİK və üzv təşkilatları xüsusi fəallığı ilə seçilir.

Qeyd edək ki, 2 mart 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə AHİK arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi ilə bağlı əməkdaşlığa dair memorandum imzalanıb. Sənədin icrası ilə əlaqədar AHİK tərəfindən ölkəmizdə özünəməşğulluğun təşkilinə köməklik göstərilməsi üçün 200 000 manat ayrılıb.

Ötən dövr ərzində bu məqsədlə yaradılmış AHİK-in əlaqələndirmə qrupu həssas əhali qrupularının, o cümlədən əsasən Qarabağ müharibəsi qaziləri və iştirakçılarının özünəməşğulluğunun təmin olunması üçün aktivlərin (avtoyuma obyekti üçün köpük-maye püskürmə aparatı, yuma aparatı və s., fotostudiya üçün fotolampa, işıqlandırma qurğusu, kamera, fotonu çap edən qurğu, Noutbuk və s., avtotəmir obyekti üçün nəqliyyat vasitəsini qaldırmaq üçün elektrohidravlik qaldırıcı qurğu, hava kompressoru və s.) alınıb təqdim olunması tədbirlərinə qatılıb.

Belə ki, AHİK-in əlaqələndirmə qrupu Sumqayıt şəhərində Qarabağ müharibəsi qaziləri - Camal Alxasova avtotəmizləmə xidmətləri üçün, Pərvin Rzayevə dönərçi üçün, Buzovna qəsəbəsində Vətən müharibəsində yaralanmış Fərrux Əliyevə avtotəmizləmə xidmətləri üçün, Bakı şəhəri, Nəsimi rayonunda müharibə iştirakçısı Ələsgər Salmanova kiçik fotoatelye üçün, Qaradağ rayonu, Sahil qəsəbəsində Qarabağ müharibəsi qazisi Cavid Hüseynova avtoçilingər xidmətləri üçün alınmış aktivlərin təqdim olunması tədbirlərində iştirak edib.

AHİK və üzv təşkilatları bu cür layihələrin reallaşması istiqamətində səylə çalışır, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi bütün tədbirləri dəstəkləyir və bu missiya bundan sonra da tərəfimizdən uğurla davam etdiriləcək.


Etiketlər:  AHİK özünəməşğulluq proqramının icrasında yaxından iştirak edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ