Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 18:48
"Koronavirus xəstələrinin qidalanmasına dair təlimat hazırlanıb".
Sonxeber.net-ın məlumatına görə, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva "TƏBİB məsləhəti"ndə deyib. O bildirib ki, təlimatın növbəti günlərdə xəstəxanalara paylanılması nəzərdə tutulub.
Onun sözlərinə görə, bəzən insanlar vaksin olunduqdan sonra allergik reaksiya yaradacaq qida qəbul eləyir və həmin qidaya qarşı olan reaksiyanı vaksinlə əlaqələndirirlər:
"Vaksinasiyadan sonra şokolad, spirtli içkinin qəbulu məsləhət görülmür".