Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Avqust 2021 23:02
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının İraqın Sincar vilayətində həyata keçirdiyi uğurlu əməliyyatın detalları məlum olub.
Sonxeber.net Metbuat.az-a istinadən xəbər verir ki, kəşfiyyatçılar PKK liderlərindən hesab olunan "Seyid" ləqəbli Hasan Saidi uzun müddət təqib edib. Onun olduğu avtomobil raket zərbəsi ilə vurulub. Terrorçu məhv edilib.
Qeyd edək ki, Hasan Said Suriya və İraqdakı terrorçuları koordinasiya edirdi. Hasan Sair İraq polisinin də axtarış siyahısında idi.