Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən cazibədar və seksual kişi bürcü

Ən cazibədar və seksual kişi bürcü

Tarix: 21 Avqust 2021 09:00

Hər bürcün özünəməxsus xüsusiyyətləri var. Fərqli xüsusiyyətlərə, zövqə, düşüncəyə sahib olurlar. Kişilərin bürcünə görə sevgi və məhəbbət anlayışı isə belədir:

Qoç bürcü - Onlar qüsursuz qadın axtarır. Qoç kişisinə təsir etmək hər qadının bacardığı iş deyil. Qoç kişisini əlinizdə saxlamaq istəyirsinizsə, mütləq mükəmməl olmalısınız. Onun diqqətini hər zaman çəkə bilməlisiniz. Qoç kişiləri qadının hər sahədə digər qadınlardan üstün olmasını arzulayır. Həyat yoldaşının hamı tərəfindən bəyənilməsini, təriflənməsini və özünə yaraşan biri olmasını istəyir. Qoç kişilərinin çox sadiq olduğunu deyə bilmərik. Lakin mükəmməl qadın axtarışı hər zaman aktivdir. Ən mükəmməlini tapdığı zaman da xəyanət qaçılmaz ola bilər. Sevdiyi qadına edə bilməyəcəyi sözlər vermir.

Buğa kişisi - Ailə qurmaq üçün ən yaxşı hansı kişinin olduğunu düşünürsünüzsə, buğalar ən favori kişilərin siyahısında başda dayanır. Lakin onları evlilik masasına oturtmaq çox çətindir. Onu özünüzə evləndirməyi bacarsanız, ömür boyu yaxşı bir dost, yaxşı bir həyat yoldaşı, övladlarınız üçün yaxşı ata və gözəl ailəniz var deməkdir. Sevgidə çox sadəqətli olan buğalar sevdiyi qadına ömür boyu bağlanmaq istəyir. Sevdiyi insandan asanlıqla vaz keçmir. Lakin sevə biləcyi qadında bəzi xüsusiyyətlər axtarır. Buğa kişisinin qəlbini fəth etmək üçün qadın güclü və gözəl olmalıdır.

Əzkizlər bürcü - Əkiz bürcünün kişiləri də qadınlar kimi cüt yaradılıb deyə bilərik. Hər gün fərqli şəkildə insanın qarşısına çıxır. Buna görə də qadınlar onlara çox güvənmir. Ancaq qarşısındakını çox asan inandıra bilmə qabiliyyətinə sahibdir. Əkizlər bürcünün kişiləri çevərəsindəki insanları özünə cəzb edə bilir və onlar tərəfindən bəyənilir. Bu baxımdan ətrafında birdən çox qadın toplaya bilir. Kiminlə həqiqətən ciddi münasibət yaşadığını aydınlaşdırmaq çox çətindir. Əkizlər bürcünün kişiləri onları sıxmayan, təzyiq göstərməyən və məsuliyyət yükləməyən qadınları bəyənir. Gələcəyə dair ciddi planlar qurmaq istəmir. Bu gün qurduğu planları sabah rahatlqıla dəyişə bilər. Əkizlər bürcündən olan kişi ilə görüşmək istəyən qadınlar, onların hər kaprizinə hazır olmalıdırlar.

Xərçəng bürcü - Xərçəng bürcünün kişiləri sevdiyi qadın üçün hər şeyi etməyə hazırdır. Aşırı qısqanclığı sonradan münasibətlərinin korlanmasına səbəb ola bilər. Xərçəng kişisi ilə birlikdə olmaq istəyən qadın gününü tamamilə ona həsr etməlidir. Gün ərzində ayrı olsalar belə, görüşməyə can atarlar. Xərçəng bürcünün kişiləri heç zaman kobud olmur. İstəməyərək də, sevdiyi qadının qəlbini qırsa belə, onun könlünü almağı çox yaxşı bacarır. Xərçəng bürcünün kişiləri anasına o qədər bağlıdır ki, həyatındakı qadının da anası kimi olmağını istəyir.

Şir bürcü - Şir bürcünün kişiləri də qadınları kimi lider ruhludur. Özünə güvəni yüksək olduğu üçün ətrafdakıların diqqətini tez çəkir. Çevrəsində daha çox onu bəyənən, ona diqqət göstərən və sözündən çıxmayan insanları görmək istəyir. Çox zaman sakit görünən şirlərin hirsinin çox şiddətli olmasına baxmayaraq, qısa müddətlikdir. Kinli olmasa da, güclü hafizəsi və analiz qabiliyyəti olduğu üçün yadından heç nə çıxmır.

Qız bürcü - Səviyyəli sevgi yaşamaq istəyirsinizsə, qız bürcününü kişiləri ilə görüşün çünki onlar bu cür münasibətlər üçün çox idealdır. Çox dürüst və çalışqan olsalar da, özünə inamı aşağı olur. Qısa müddətlik münasibətlər qız bürcünün kişilərinə görə deyil. O, həqiqətən də məcara deyil, uzun müddətlik sevgi yaşaya biləcəyi qadını axtarır. Sevdiyi qadını qətiyyən yarı yolda qoymaz. Çox alovlu sevgisi olmasa da, həqiqi aşiqdir. Bədxərc deyil. Ancaq ehtiyacı olduğu şeylərə pul xərcləyir. Buna görə də kənardan xəsis kimi görünür. Lakin onunla yaşayan qadın bu xəsislikdən heç təsirlənmir.

Tərəzi bürcü - Tərəzi bürcünün kişiləri baxımlı olur. Geyiminə və danışığına çox diqqət edir. Özünə qarşı çox həssasdır. Hər hərəkətinin, baxışının, kəliməsinin mütləq bir məqsədi var. Qadın ruhundan yaxşı başı çıxır, flirt etməyi xoşlayır. Özünü sevdirmkdə ona çatan bürc yoxdur. Lakin onları əldə saxlamaq çətindir. Başlanğıcda onu əldə etdiyini düşünə bilərsiniz, amma bir anlıq belə marağını itirərsə, qəlbi başqa üfiqlərə yelkən aça bilər. Partniyorunun, baxımlı, gözəl, ağıllı, olmasını istəyir. Yanındakı qadının göz qamaşdırıcı gözəlliyə malik olmasını arzu edir. Onunla birlikdə olmaqdan zövq almalıdır. Kədərli və pis hekayələri dinləməyi xoşlamır.

Əqrəb bürcü - Əqrəb bürcünün kişiləri bürclər arasında ən cazibədar və seksual kişilərdir, desək yerinə düşər. Cinsəllik onun üçün son dərəcə əhəmiyyətlidir. Eyni zamanda qadınları yoldan çıxara bilir... Yanında həmişə qadın olmasını arzu edir. İlk baxışda sevgi və uzun müddətli münasibətləri ona görə deyil. O, həyatdan istədiyi zövqü alana qədər və hər şeyi dadıqdan sonra bir limanda dayanmağın tərəfdarıdır. Birini görür, bəyənir və bir anda aşiq olur. Bir müddət sonra başqasını görür və eyni alovlu sevgini onunla da yaşayır. Bütün müsanibətlərdə hər şeyi özü idarə etmək istəyir. Əqrəb bürcünün kişiləri əlçatmaz qadını əldə etməyə çalışır. Onu əldə etdiyi zaman isə sadiq həyat yoldaşına çevrilir. Çox qısqanc olurlar. Eyni zamanda həyat yoldaşının çox gözəl və hər kəsin diqqətini çəkəcək qədər cazibədar olmağını istəyirlər.

Oxatan bürcü - Oxatan bürcü də qadınları kimi enerji dolu olur. Həyata əyləncə kimi baxır və o cür yaşayır. Gözəl qadınlara düşkün olan oxatan bürcünün kişiləri keçici sevgilər yaşayır. Zarafatcıl, romantik və dəyişkən həyat tərzi ilə qadınların diqqətini qazanır. Ətrafında hər zaman qadın olmasını və onlarla vaxt keçirmək istəyir. Qadın düşkünü olan oxatan bürcününü kişilərinin başına gələn ən pis şey qadına bağlanmaqdır.

Oğlaq bürcü - Oğlaq bürcünün kişiləri duyğularını açıq şəkildə ifadə etməyi xoşlamırlar. Ona ən yaxın olduğunuz anlarda nə hiss etdiyini əsla sizə göstərməz. Keçici sevgilər ona görə deyil, amma ehtirasın əsiri də olmaz. Təkliyi xoşlayır. Özündən yaşca böyük insanlarla dostluq etməyi xoşlayır. Bu da onu hər zaman daha yetkin göstərir. Erkən gələn yetkinlik, həmyaşıdları ilə arasında uçuruma səbəb olur. Düşünmədən hərəkət etmir, hər zaman tədbirli davranır. Bir az bədbin xarakterə malikdir. Axtardığı həyat yoldaşı özü qədər güvənə biləcəyi biri olmalı, pis və yaxşı günlərdə onu tək qoymamalıdır.

Dolça bürcü - Çox əyləncəli xarakteri var. ağıllıdır, insanları təəccübləndirməyi bacarır. Hər şey haqqında məlumatı var. Azadlığına düşkün və dəyişkən biridir. Dostluğa çox əhəmiyyət verir. Hər kəslə yaxşı münasibət qurmağa çalışır. Sevgidə də dostluq ön plandadır. Qadağalardan xoşu gəlmir, bağlanmaqdan çox qorxur. Kobud olmaq istəməsə də, qadınların qəmgin sevgi hekayələrinin unudulmayan qəhrəmanıdır.

Balıq bürcü - Balıq bürcünün kişiləri əkizlər kimi dəyişkən olur. Çox yaxşı sirdaş olmasına baxmayaraq, öz sirlərini heç kimlə paylaşmır. Ətrafında dönən bütün oyunları tez duyur. Münasibətlərdə inam və sədaqət ən əhəmiyyətli faktordur. Qısqanc olsa da, bu duyğunu hiss etdirmir. Birlikdə olduğu insan isə onu qısqanmadığını düşünür. Bəzən birdən-birə dəyişir və diqqətsiz davranır. Belə hallarda üstünə getmək təhlükəlidir. Çünki özünə qapalı insandır.


Etiketlər:  cazibədar seksual kişi bürcü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ