Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 10:04
Ukraynada qeyri-adi hadisə qeydə alınıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ölkənin polis xidmətindən verilən məlumata görə, Volınsk vilayətinin Verbayev kəndində 60 yaşlı quldar qadın aşkar olunub.
Onun öz təsərrüfatında üç kişini kölə kimi işlətdiyi müəyyənləşdirilib. Qadın kişilərin sənədlərini əllərindən alaraq, onları öldürəcəyi ilə hədələyib. Tövlədə yaşayan kişilərə gördükləri iş müqabilində yalnız yemək verilib.
Polisdən hər üç şəxsin köləlikdən azad edildiyi bildirilib.
Qadınla bağlı isə cinayət işi açılıb. Onu 5 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.