Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 14:38
Taliblər ABŞ və NATO-ya köməklik edən Əfqanıstan sakinlərinin axtarışına başlayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin hazırladığı sənəddə yer alıb. Məlumata görə, taliblərin əlində artıq amerikalılarla əməkdaşlıq edən şəxslərin ev ünvanları belə var.
Bununla bərabər özəlliklə hərbçilərin, polislərin, istintaq orqanlarında işləyən şəxslərin təhlükədə olduğu vurğulanıb.
Qara siyahıya həmçinin Kabil hava limanına toplaşan şəxslərin də düşdüyü bildirilib.