Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2021 23:20
Türkiyənin şimalında sel fəlakətindən ölənlərin sayı 82 nəfərə çatıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.
Bildirilib ki, Qara dənizin qərbində baş verən sel fəlakəti nəticəsində Kastamonuda 71, Sinopda 10, Bartında 1 nəfər həyatını itirib.
Qeyd edək ki, AFAD bundan əvvəl 81 nəfərin təbii fəlakət qurbanı olduğunu bildirmişdi.