Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2021 12:42
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən bildirilib.
Cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.