Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində 55 yaşlı qadın tauna yoluxub: Yayılmaması üçün təcili tədbirlər görülür

Çində 55 yaşlı qadın tauna yoluxub: Yayılmaması üçün təcili tədbirlər görülür

Tarix: 22 Avqust 2021 13:54

Çinin Ningxia Hui Muxtar bölgəsinin 55 yaşlı sakini taun xəstəliyinə yoluxub.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə bölgənin Gigiyena və Sağlamlıq Komitəsi məlumat yayıb.

Xəstə qadının heyvandarlıqla məşğul olduğu, vəziyyətinin kritik olduğu qeyd edilir. Xəstəliyin İlk simptomları avqustun 14-də meydana gəlib. Çin hakimiyyəti təhlükəli infeksiyanın yayılmasının qarşısını almaq üçün təcili yardım mexanizmini artıq işə salıb.

Komitədən verilən məlumata görə, ət istehlakına görə ölkənin şimalındakı çöl zonasında və qonşu Monqolustanda tauna yoluxma vaxtaşırı qeydə alınır.


Etiketlər:  Çində yaşlı qadın tauna yoluxub Yayılmaması üçün təcili tədbirlər görülür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ