Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ilə Türkiyə arasında yeni müqavilə: S-400

Rusiya ilə Türkiyə arasında yeni müqavilə: S-400

Tarix: 23 Avqust 2021 13:54

Yaxın vaxtlarda Türkiyə və Rusiya arasında S-400 zenit-raket sistemlərinin göndərilməsi haqda yeni müqavilə imzalana bilər.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə bu gün "Rosoboroneksport"un baş direktoru Aleksandr Mixeyev "Armiya-2021" beynəlxalq hərbi-texniki forumu çərçivəsində bildirib.

"Məsləhətləşmələr davam edir, son mərhələdəyik. Yaxın vaxtlarda tərəfdaşlarımızla müqavilənin rəsmiləşdirilməsinə və imzalanmasına başlayacağıq", - deyə A. Mixeyev qeyd edib.

Xatırladaq ki, 2017-ci ildə Rusiya və Türkiyə S-400-lərin göndərilməsi ilə bağlı müqavilə bağlayıb.


Etiketlər:  Rusiya ilə Türkiyə arasında yeni müqavilə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ