Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Talançılar məhkəməyə veriləcək - VİDEO

Talançılar məhkəməyə veriləcək - VİDEO

Tarix: 23 Avqust 2021 14:02

Azərbaycan məhkəmə prosedurlarına başlayıb və işğal dövründə təbii sərvətlərimizin talan edilməsinə görə məhkəmələrə müraciət etməyə hazırlaşır.

Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, baş verən talanlara görə Ermənistanla yanaşı, işğal altındakı ərazilərdə qanunsuz fəaliyyət göstərən xarici şirkətlər də məsuliyyət daşıyır.
Azərbaycan həm talançılıqda iştirak edən şirkətlərin mənsub olduğu ölkələrin məhkəmələrinə, həm də beynəlxalq məhkəməyə müraciət etmək hüququna malikdir.

Qeyd edək ki, hazırda Azərbaycana dəymiş ziyan hesablanır. Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə monitorinq aparılır.


Etiketlər:  Talançılar məhkəməyə veriləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ