Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Avqust 2021 14:40
Beynəlxalq Gimnastika Federasiyası (FİG) qadın idmançılara baş geyimi ilə çıxış etməyə icazə verəcək.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, qurumun İcraiyyə Komitəsi belə yenilik barədə qərarla razılaşıb.
Bu, o halda mümkün olacaq ki, geyim bütün təhlükəsizlik qaydalarına cavab versin: "Bunun üçün geyim başa sıx oturmalıdır. İdmançının üzü tamam açıq qalmalıdır. Çıxış zamanı gimnast üçün təhlükə yaratmamalıdır. Həmçinin baş geyimi idman forması ilə eyni rəngdə olmalıdır".
Söhbət ilk növbədə müsəlman ölkələrdə istifadə olunan hicabdan gedir. Qaydalara dəyişikliklər İcraiyyə Komitəsinin növbəti yığıncağında təsdiqlənəcək.