Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada ilk dəfə Türkiyə Dron Festivalı keçiriləcək

Dünyada ilk dəfə Türkiyə Dron Festivalı keçiriləcək

Tarix: 23 Avqust 2021 20:22

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı ilə dünyada ilk dəfə keçirilən Türkiyə Dron Festivalı avqustun 23-də start götürəcək. Artıq festivala hazırlıq işləri tam şəkildə başa çatıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, beş gün davam edəcək festivalda dünyanın dörd bir yanından qatılacaq professional "FPV drone" (kameralı dronlar) pilotları Türkiyənin ən əhəmiyyətli yerlərini tanıtmaq istiqamətində yarışacaqlar.

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun festival barədə açıqlamasında bildirib ki, Antalya, Muğla, Van, İstanbul, Mardin, Hatay, Adıyaman və sair olmaqla 12 şəhərdə Türkiyənin tarix, ibadət, su və səhiyyə kimi sahələrdəki zənginliklərini kameralı dronlar vasitəsilə birlikdə izləyəcəyik.

ABŞ, İngiltərə, Fransa, İsveç və sair ölkələrdən tanınmış dron pilotları festivala qatılacaqlar. Əldə edilən veb-çəkilişlər sentyabrın 20-dən başlayaraq "www.turkdronefest.com" saytında beş gün nümayiş etdiriləcək.a


Etiketlər:  Dünyada dəfə Türkiyə Dron Festivalı keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ