Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Misir kosmosa 4 yeni peyk göndərəcək

Misir kosmosa 4 yeni peyk göndərəcək

Tarix: 23 Avqust 2021 21:32

Misirin Kosmik Agentliyi gələn il kosmosa 4 rabitə və elmi tədqiqatlar peyki göndərəcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə agentliyin icraçı direktoru Məhəmməd əl-Kosi müsahibəsində bildirib.

Agentliyin rəhbəri qeyd edib ki, Misir hökumətinə kosmosdan dinc və elmi-texnoloji məqsədlərlə istifadə haqqında yeni strategiya təqdim olunub. Bu sənədə əsasən, Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq şəraitində yerli kosmik texnologiyaların istehsalı, uyğun elmi tədqiqatların aparılması nəzərdə tutulur. 2022-ci ilin mayında isə yapon mütəxəssislərinin iştirakı ilə Misirin yerli universitetlərində yığılacaq "EgSAcube-3" peykinin kosmik fəzaya göndərilməsi nəzərdə tutulur. Bunun ardınca, alman şirkətləri ilə birlikdə istehsal ediləcək "NEXSAT" peyki buraxılacaq. Bu kiçik kosmik peykin ağırlığı 65 kiloqram olacaq. Yapon və alman mütəxəssisləri bu aparatlarda mikrokameralar quraşdıracaq. Peyklər Beynəlxalq Kosmik Stansiyadan 450 kilometr aralıda kosmik fəzaya buraxılacaq və 1 il fəaliyyət göstərəcəklər.

Milli.Az


Etiketlər:  Misir kosmosa yeni peyk göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ