Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malazgirtdə Azərbaycan çadırı qurulub - FOTO

Malazgirtdə Azərbaycan çadırı qurulub - FOTO

Tarix: 24 Avqust 2021 08:18

Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü ilə bağlı tədbirlər keçirlir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avqustun 23-dən 25-dək Bitlisin Ahlat, avqustun 26-da isə Muş vilayətinin Malazgirt rayonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatları ilə "Malazgirt 1071" tədbirləri keçiriləcək.

Nazirlər Kabinetinin qərarı ilə "1071 Malazgirt Meydan Müharibəsi Tarixi Milli Parkı" elan edilən ərazidə Sultan Otağı ilə 16 çadır yubiley mərasiminə hazırlanıb. Bu münasibətlə Ahlat rayonunun Çarho bölgəsində də 150 min kvadratmetr ərazidə milli park və 120 kvadratmetr sahədə "1071 Sultan Alparslan otağı" ilə 50 çadır qurulub.

Xatırladaq ki, avqustun 23-dən başlayıb 3 gün davam edəcək tədbirlərdə Azərbaycan mədəniyyətini tanıtma çadırı da ziyarətçilərin və tədbir iştirakçılarının xidmətində olacaq. Tədbir çərçivəsində pərvaz, uşaq oyunları, oxçular, atlı oxçular, dəri sənəti və s. bölmələr fəaliyyət göstərəcək.

Avqustun 23-də Ahlatda, ertəsi gün isə Malazgirtdə açılış mərasimləri keçiriləcək. Bağlanış mərasiminin keçirilməsi avqustun 26-da nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Malazgirtdə Azərbaycan çadırı qurulub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ