Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Taliban”dan ABŞ və İngiltərəyə - Xəbərdarlıq

“Taliban”dan ABŞ və İngiltərəyə - Xəbərdarlıq

Tarix: 24 Avqust 2021 08:48

"Taliban" Qərb güclərinin Əfqanıstandan çəkilməsi üçün son müddət olaraq müəyyənləşdirilən 31 avqust tarixinin uzadılmayacağını bəyan edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu "Taliban" sözçüsü Suhail Şahen "SKY News"a açıqlamasında bildirib.

"Bu tarix "qırmızı xətt"imizdir. Bu müddəti uzatmağın nəticələri olacaq. ABŞ və ya İngiltərə təxliyyələrə davam etmək üçün əlavə müddət tələb etsə, cavabımız "yox" olacaq", - o qeyd edib.

ABŞ Prezidenti Co Bayden bütün amerikalıların ölkəni tərk etməsi üçün 31 avqustu son tarix olaraq müəyyənləşdirib, ancaq İngiltərə hər kəsi təxliyyə etmək üçün əlavə iki həftəyə ehtiyac olduğunu vurğulayır.


Etiketlər:  Talibandan ABŞ İngiltərəyə Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ