Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Avqust 2021 11:40
Konyada (Türkiyə) baş verən cinayət qəddarlığı ilə hər kəsi şoka salıb.
35 yaşlı Mustafa Dağlı həyat yoldaşı Semanur Saraçı və atası Yusuf Güləri tapança ilə vurub öldürüb, ardınca da intihar edib.
Sonxeber.net haberturk-ə istinadən xəbər verir ki, buna səbəb kimi, həyat yoldaşının ona xəyanət etməsini göstərib. Hadisə ilə əlaqədar araşdırmalar davam edir.
Silah səslərini eşidən qonşular polisə xəbər verib. Hadisə yerinə çoxlu polis və tibb işçiləri göndərilib. Ağır yaralıları xilas etmək mümkün olmayıb.
Kamran Seyidov