Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Model kokain ticarətinə görə həbs olundu - FOTO

Model kokain ticarətinə görə həbs olundu - FOTO

Tarix: 24 Avqust 2021 11:45

Məşhur yunan top model və teleaparıcı Afroditi Barba Afina yaxınlığındakı Qlifada şəhərində polis tərəfindən saxlanılıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı modelin lüks avtomobilindən satış üçün nəzərdə tutulmuş narkotik maddə tapılıb. 

Hər biri 1 qram olmaqla, toplam 35 qramlıq kokain sürücü kreslosunun altında gizlədilib. 

Hazırda yerli hüquq-mühafizə orqanları həbs olunan məşhurun işilə bağlı istintaq aparır. 

Barba 2011-ci ildə "Miss Playboy", daha sonra isə "Next Top Model" mükafatlarını qazanıb. 

Milli.Az


Etiketlər:  Model kokain ticarətinə görə həbs olundu FOTO


RƏYLƏR