Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mi Mix 4-ün satışları rekord vurdu

Mi Mix 4-ün satışları rekord vurdu

Tarix: 24 Avqust 2021 22:48

Xiaomi Mi Mix 4-ün satışlarına start verilib və şirkət bu münasibətlə maraqlı statistikanı təqdim edib. Belə ki, Mi Mix 4-ün ilk partiyası 1 dəqiqə ərzində tamamilə satılıb. Xiaomi-nin yeni Mi Pad 5 planşeti də diqqət çəkən satış göstəriciləri sərgiləyib. Məlumata əsasən Xiaomi şirkəti Mi Mix 4-ün ilk partiyasının satılması nəticəsində 46.307.000 dollar vəsait əldə edib. Satılmış smartfonların ümumi sayı qeyd edilməsə də Mi Mix 4-ün pərakəndə satış qiymətini nəzərə almaqla güman etmək olar ki, söhbət, 50.000 ədəd satılmış smartfondan gedir. Mi Pad 5 planşetinə gəldikdə isə Xiaomi bildirib ki, 5 dəqiqə ərzində 200.000 ədəd planşet satılıb.

Xiaomi həmçinin böyük olmayan Mi Mix 4 partiyasına görə üzr istəyib. Belə ki, şirkət öncədən smartfonun yüksək templə satılacağını proqnozlaşdırsa da yetəri qədər smartfon istehsal edə bilməyib. Əsas problem Snapdragon 888+ prosessorununun çatışmazlığındadır. Bundan əlavə olaraq smartfonun keramik materialdan olan gövdəsinin hazırlanmasının qəlizliyi də istehsalat prosesində problemlər yaradıb. Mi Pad 5 planşetinin çatışmazlığı hələ ki, müşahidə olunmur. Lakin alıcılar planşet üçün nəzərdə tutulmuş klaviatura və stilus çatışmazlığından şikayət edirlər. Şirkət bu problemi yaxın zamanda aradan qaldırmağı söz verib. 


Etiketlər:  satışları rekord vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ