Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 11:06
11:03
Daxili İşlər Nazirliyi tərəfindən bu gün Qubada 5 nəfərin ölümü ilə nəticələnən qəza barədə açıqlama verilib.
Nazirliyin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Sonxeber.net-a bildirib ki, hadisə bu gün səhər saat 7 radələrində Qubanın Alekseyevka və Zərdabi kəndləri arasında baş verib: "Hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan dörd sərnişin və bir sürücü həlak olub.
Hazırda onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Məlumdur ki, kəndarası yollarda polis postları, sürətölçən radar yoxdur. Sürücü magistral trasda hərəkət etsəydi, radarlara görə bu qədər sürətli şəkildə avtomobili idarə etməzdi".
----------
10:23
Quba rayonunun Alekseyevka kəndində "Mercedes" markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, qəzada ölən şəxslərin meyiti morqa aparılıb.
Onların kimliyi dəqiqləşdirilir.
----------
09:00
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Quba rayonu, Alekseyevka kəndində "Mercedes" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.