Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 11:10
"O yalançı "imam Mehdi"ni qoyun bir kənara. Adam "moşennik"dir, adı üstündə".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb. Müğənni bir neçə gündür mediada xəbərləri yayılan və polis tərəfindən "İmam Mehdi" adı ilə dələduzluq edən şəxslə bağlı hadisəyə münasibət bildirib.
"Bəs ona inanan, sonuncu qəpiyindən belə keçən cahil, avam, geridəqalmış, savadsız kütlə? Onları da, sevdiyiniz "zarafatda"kı kimi, Pakistandan göndəriblər bura? İnternetdə "cinçıxarma", "ərqaytarma", "bəxtaçma" elanlarından can qurtarmaq olmur. Hələ də Əfqanıstanın orta əsrlərdə qalmasına heyrətlənirsiz?".