Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2021 12:10
İxtisas seçimi dövründə "hansı ixtisas üzrə təhsil alım ki, sonra rahat iş tapa bilim" sualı abituriyentləri düşündürən əsas məsələlərdən biridir. Onlardan bəziləri ixtisasın iş imkanlarını araşdırdıqlarını desə də, ixtisasın adına baxıb, seçim edənlərdə az deyil. Təhsil eksperti bildirir ki, bəzi ixtisaslar öz əhəmiyyətini zamanla tamamilə itirəcək. Abituriyentlər bu məsələdə diqqətli olmalıdırlar.
4 il təhsil aldıqdan sonra "ixtisasım üzrə iş tapa bilmirəm" cümləsini deyənlər az deyil.
Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün edilən müraciətlər davam edir. Abituriyentlər bəziləri ixtisasların daha da təkimilləşməsinə ehtiyac olduğunu, bəziləri də müəyyən ixtisasların əhəmiyyətsiz olduğunu düşünürlər.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Təhsil eksperti Səbuhi Abdullayevin sözlərinə görə, kitabxanaçılıq və informasiya ixtisası rəqəmsal və informasiya texnologiyası ixtisası adı altında yenilənməlidir. Artıq kitablar elektron daşıyıcılarda təqdim olunur. "Layihələrin idarə olunması", "Data analitikası" kimi ixtisasların yaranmasına və inkişafına ehtiyac var.
Səbuhi Abdullayev abituriyentlərə həmçinin seçdikləri ixtisas üzrə əvvəlki ilin məzunlarının iş imkanlarını araşdırmağı da tövsiyə edib.