Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur türk aktyor xərçəngdən dünyasını dəyişdi

Məşhur türk aktyor xərçəngdən dünyasını dəyişdi

Tarix: 25 Avqust 2021 16:45

Türkiyəli məşhur aktyor Metin Çekmez 76 yaşında dünyasını dəyişib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" yayıb. Qeyd olunub ki, M. Çekmez bu gün səhər saatlarında Aydında müalicə aldığı bir xəstəxanada vəfat edib. 

Bildirilib ki, teatr, film və seriallarda rol alan məşhur aktyor bir müddətdir xərçəng xəstəliyindən müalicə alıb.

Qeyd edək ki, teatr karyerasında 1962-ci ildə başlayan Metin Çekmez "Min bir gecə", "Adını Feriha qoydum" və s. çox sayda film və seriallarda çəkilib.


Etiketlər:  Məşhur türk aktyor xərçəngdən dünyasını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ