Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xəstəxanalar koronavirus xəstələri üçün ayrıldı - VİDEO

Bu xəstəxanalar koronavirus xəstələri üçün ayrıldı - VİDEO

Tarix: 26 Avqust 2021 12:30

Son statistik göstəricilərə əsasən ölkəmizdə yoluxma sayındakı artımla əlaqədar bəzi xəstəxanalar fəaliyyətini yenidən koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirir. Paytaxt və rayonlarda yerləşən ümumilikdə 20-dən çox xəstəxana COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir.

Son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar artıq bəzi xəstəxanalar yalnız koronavirus xəstələrini qəbul edir.

Sonxeber.net xəbər verir ki, TƏBİB-dən XəzərXəbər-ə verilən məlumata görə, paytaxtda 12, regionlarda isə 9 xəstəxana olmaqla ümumilikdə ölkə üzrə 21 xəstəxana -1 saylı Kliniki Şəhər Xəstəxanası, Yeni Klinika, Abşeron, Saray Modul tipli xəstəxanalar, Gəncə, Goranboy, Ağdaş, İmişli, Masallı RMX-lar və s. kimi xəstəxanalar COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir. 

Onlardan biri  "Semaşko" kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdir. Artıq bir neçə gündür mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdirilir. 

Paytaxtla yanaşı regionlarda da bəzi xəstəxanalar fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirir.

TƏBİB-dən bildirildi ki, ehtiyac yarandığı təqdirdə bu say 40-a qədər yüksələ bilər.


Etiketlər:  xəstəxanalar koronavirus xəstələri üçün ayrıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ