Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19-a qarşı ən təsirli vasitə - VİDEO

COVID-19-a qarşı ən təsirli vasitə - VİDEO

Tarix: 26 Avqust 2021 13:52

Son günlər Azərbaycanda koronavirusa yoluxma və ölüm saylarının artması yenidən peyvəndlənmənin vacibliyini gündəmə gətirir. Sərt qapanmalar infeksiyanın yayılma sürətinin azalmasına xidmət etsə də, unutmaq olmaz ki, pandemiya ilə mübarizənin ən effektiv yolu məhz vaksinasiyadır. İstisna deyil ki, ölkə əhalisinin 75-80%-i tam peyvənd olunarsa, epidemioloji zəncirin qırılması da mümkün olar.

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, aydın məsələdir ki, yeni növ koronavirusa qarşı istehsal edilən peyvəndlər infeksiyanın mutasiyaya uğramış variantları üçün də təsirlidir və xəstəliyin ağırlaşmasının qarşısını alır. Elə bu səbəbdəndir ki, COVİD-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçiləri, yaşı 60-dan yuxarı olan əhali və immun sistemi zəif şəxslərin 3-cü doza ilə peyvəndlənmələri tövsiyə edilir.
Aparılan tədqiqatlar onu göstərir ki, xəstəliklə mübarizədə tədbirləri çərçivəsində vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi gigiyena qaydalarına riayət olunması vacib şərtlərdəndir.

Milli.Az


Etiketlər:  COVID qarşı təsirli vasitə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ