Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2021 23:20
23:18
Kabil hava limanında baş verən partlayışlar nəticəsində 60 nəfər ölüb, 140 nəfər yaralanıb.
Sonxeber.net bildirir ki, bu barədə TOLOnews məlumat yayıb.
21:18
Əfqanıstanın paytaxtı Kabildəki Həmid Kərzay adına beynəlxalq hava limanının girişi önündəki iki partlayışa görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Sonxeber.net TOLOnews-a istinadən bildirir ki, iki partlayışda həlak olanların sayı 43 nəfərə, yaralıların sayı 130-a çatıb.
İlk partlayışı "Baron" otelinin önündə "canlı bomba" törədib. Daha sonra "Abbey" giriş darvazasının qarşısında içi partladıcı maddə ilə dolu avtombildən istifadə olunub.
18:44
Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.
APA-nın məlumatına görə, bu barədə "Taliban" hərəkatı açıqlama yayıb.
-------
18:36
Kabil hava limanının girişində partlayış törədilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, partlayış britaniyalı hərbi qulluqçuların bir müddətdir dayandığı və hava limanının terror xəbərdarlığı səbəbi ilə bağlanmış 3 giriş qapısından birində baş verib.
ABŞ rəsmisi "Reuters" xəbər agentliyinə partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Böyük Britaniya Müdafiə Nazirliyi partlayış nəticəsində itkilərin olmadığını, lakin əminliklə danışmaq üçün hələ tez olduğunu deyib.
"Pajhwok" agentliyi 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.
Pentaqondan verilən məlumata görə isə 3 ABŞ hərbçisi xəsarət alıb.
Qeyd edək ki, partlayışdan sonra hadisə yerində silah səslərinin eşidilməsi ilə bağlı məlumat yayılıb.