Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk qadın diktorlarımızdan biri koronavirusa yoluxub

İlk qadın diktorlarımızdan biri koronavirusa yoluxub

Tarix: 26 Avqust 2021 18:42

Azərbaycan radiosunun ilk diktorlarından olan Züleyxa Hacıyeva koronavirusa yoluxub.

Sonxeber.net xəbər verir ki, bu barədə aparıcı Pərvin Əsgərli sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, Z.Hacıyevanın vəziyyəti ağırdır:

"Qızı Gülnarə xanımla danışanda dedi ki, günlərdir yemək belə yemir. Amma yaddaşı üzərindədir. Zəng edib maraqlananları tanıya bilir".

P.Əsgərli qeyd edib ki, hazırda diktorun 97 yaşı var.


Etiketlər:  İlk qadın diktorlarımızdan biri koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ