Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 12:44
2021-2022-ci tədris ili üzrə qəbul planına əsasən II və III ixtisas qruplarında dövlət sifarişli yerlərin sayı artırılıb. Bu da ötən illə müqayisədə 2.79 faiz çoxdur. Plan yerləri artırılan və azaldılan universitetlər də açıqlanıb. Bakı Dövlət Universitetində 45 dövlət sifarişli plan yeri azaldılıb. III ixtisas qrupu üzrə dövlət sifarişli yerlərin artımına görə, ilk sırada Azərbaycan Dövlət Pedaqoji Universiteti qərarlaşıb. 2020-ci il qəbul planı ilə müqayisədə ən çox Mingəçevir Dövlət Universitetində dövlət sifarişli ixtisaslar artırılıb.
Ötən illə müqayisədə ali təhsil müəssisələrinə dövlət sifarişli yerlərin sayı artırılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, bu il beş ixtisas qrupu üzrə 50 min 13 plan yeri ayrılıb. Bu da ötən illə müqayisədə 2.79 faiz çoxdur.
Ayrıca universitetlər üzrə plan yerlərində artım və azalma var.
Dövlət sifarişli plan yerləri böyük fərqlə azalan digər təhsil müəssisəsi Bakı Slavyan Universitetidir. 2020-ci ildə 990 dövlət sifarişli plan yeri olan BSU-nun cari ildə 40 yer azalaraq, 950-ə salınıb.