Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elməddinin serialının yayımı niyə dayandırıldı?

Elməddinin serialının yayımı niyə dayandırıldı?

Tarix: 27 Avqust 2021 14:45

Aktyor Elməddin Cəfərovun ATV-də yayımlanan "Ailəmiz" serialının yayımı dayandırılıb.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında sənətçi özü deyib. O bildirib ki, yeni mövsümdə ancaq "Qız atası" serialı efirə gedəcək:

"Ailəmiz" serialını dayandırdıq. Maddi sıxıntılarımız yarandı. Pandemiya bizə də təsir etdi. Maddiyat da olmayanda işləmək həvəsi olmur. Effekt almaq olmur. Maliyyə nə vaxt düzəlsə, yeni layihələrə başlayacam. Amma hələ belə bir plan yoxdur. Deyirlər qapanma gözlənilir. Buna görə də gözləyirik".

Qeyd edək ki, Elməddinin bundan əvvəl ATV-də "Bacanaqlar", "Qardaşlar" kimi serialları yayımlanırdı.

"Ailəmiz" serialında Elməddinlə yanaşı Xalq artistləri Firəngiz Mütəllimova, Fatma Mahmudova, aktyorlar Məcid Hüseynov, Gültac Əlili və başqaları rol alıblar.

Milli.Az


Etiketlər:  Elməddinin serialının yayımı niyə dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ