Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 15:02
Muğlada (Türkiyə) mübahisə etdiyi anasını boğan, sonra da 15 dəfə bıçaq zərbəsi endirən gənclə bağlı qandonduran faktlar ortaya çıxıb.
Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, psixoloji problem yaşadığı iddia edilən universitet tələbəsi Həsən Oben anası Atiye P-ni əvvəlcə boğmağa çalışıb. Daha sonra mətbəxdən götürdüyü bıçaqla huşunu itirmiş anasına 15 yerdən xəsarət yetirib. Hava almaq üçün gəzintiyə çıxan ata Mustafa P. evə qayıdanda həyat yoldaşını qan içində görüb.
Hadisə yerindən qaçmayan oğul evə gələn polis tərəfindən nəzarətə alınıb.
Kamran Seyidov