Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 22:26
Banqladeşin şərqindəki Brahmanbaria bələdiyyəsində 100-dən çox sərnişini daşıyan gəminin balıqçı gəmisi ilə toqquşması nəticəsində azı 20 nəfər batıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The Bangladesh Observer" qəzeti polisə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə yerində xilasetmə əməliyyatı davam edir.
Hadisənin səbəbləri araşdırılır.