Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2021 22:40
"Əfqanıstandan Türkiyə vətəndaşlarının təxliyəsini icra etdik, az sayda texniki işçilərimizin təxliyəsini icra edəcəyik".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Bosniya və Herseqovinada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Ərdoğan deyib ki, Türkiyənin Əfqanıstanda 20 iilik nümunəvi fəaliyyəti var və bu, davam edir: "Bundan sonra da Əfqanıstanda sülhün bərpasına hər cür dəstəyi verəcəyik".
Türkiyə Prezidenti dünyada terrora qarşı ən güclü mübarizə aparan ölkə olduqlarını bildirib: "Dünyada gücünə güvənən böyük ölkələr Əfqanıstanı terrora təslim edib bu ölkədən çıxarkən ağır bədəllər ödəməli oldular. Əfqanıstandakı terror aktını İŞİD öz üzərinə götürdü, amma İŞİD-ə qarşı nə kimi mübarizə apardınız? Halbuki İŞİD-lə ən böyük mübarizəni biz apardıq və aparırıq".