Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2019 14:27
Bakı. Trend:
Unibank 2017-2019-cu illər üçün strateji planındakı “dəyişikliklərin idarə edilməsinə” uyğun olaraq, “İT və Digital İnnovasiyalar Mərkəzi”ni yaradıb. Baş ofisdə yeni istifadəyə verilmiş İT və Digital İnnovasiyalar Mərkəzinin yaradılmasında məqsəd, ənənəvi bankçılıq sistemindən fərqli və innovativ sistemə keçiddir.
Mərkəzdə Digital Laboratoriya (Digital Lab) və İT departamenti yerləşir. Digital Lab - internet və mobil bankçılıq xidmətlərinin təkmilləşdirilməsi ilə yanaşı, bankın rəqəmsal məhsullarının yeni konsepsiyasının yaradılması və inkişafı ilə də məşğuldur. Bundan başqa “İT və Digital İnnovasiyalar Mərkəzi”ndə proqramlaşdırma, innovasiyalar, İT sahəsinə aid digər müxtəlif təlimlərin keçirilməsi də planlaşdırılır.
Daha komfortlu iş şəraitinə malik, fərqli üslubda təmir edilmiş yeni ofisdə, əməkdaşlar daha çox motivasiya olur və işlərindən zövq alırlar. Bu isə innovativ layihələrin bazara daha operativ təqdim edilməsinə təkan verir. Əsas üstünlüyü, əməkdaşların layihələrdə və konkret məhsullar üzərində birgə çalışmalarıdır.
Müştərilərnə daim rahat və innovativ bank məhsulunu təqdim edən Unibank, əməkdaşları üçün də ən yaxşı iş şəraiti yaradan banklardan biri olmaqda davam edir.
Unibank- hər kəsin bankı!
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin