Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şənbə və bazar günləri ictimai nəqliyyat BU TARİXƏDƏK işləməyəcək - Xüsusi karantin rejiminin müddəti uzadıldı

Şənbə və bazar günləri ictimai nəqliyyat BU TARİXƏDƏK işləməyəcək - Xüsusi karantin rejiminin müddəti uzadıldı

Tarix: 28 Avqust 2021 17:40

Azərbaycanda xüsusi karantin rejiminin müddəti noyabrın 1-dək uzadılıb.

Milli.Az bildirir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qeyd edək ki, xüsusi karantin rejiminin müddəti sentyabrın 1-də başa çatırdı.

Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyətin müddəti uzadılıb. Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 2021-ci il 4 sentyabr saat 00:00-dan 6 sentyabr saat 06:00-dək, 11 sentyabr saat 00:00-dan 13 sentyabr saat 06:00-dək, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək, 25 sentyabr saat 00:00-dan 27 sentyabr saat 06:00-dək, 2 oktyabr saat 00:00-dan 4 oktyabr saat 06:00-dək, 9 oktyabr saat 00:00-dan 11 oktyabr saat 06:00-dək, 16 oktyabr saat 00:00-dan 18 oktyabr saat 06:00-dək, 23 oktyabr saat 00:00-dan 25 oktyabr saat 06:00- dək, 30 oktyabr saat 00:00-dan 1 noyabr saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayan ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Bu qərar 2021-ci il 1 sentyabr saat 06:00-dan qüvvəyə minir.

Milli.Az


Etiketlər:  Şənbə bazar günləri ictimai nəqliyyat BU TARİXƏDƏK işləməyəcək Xüsusi karantin rejiminin müddəti uzadıldı


RƏYLƏR